Təhsil və elm

Tətildə olan azərbaycanlı magistrə Çindən məktub gəlib: "BURA DÖNMƏYİN!"

Tətildə olan azərbaycanlı magistrə Çindən məktub gəlib: "BURA DÖNMƏYİN!" | FED.az
15:48 29 Yan 2020

Çinin ali məktəbləri bu ölkədə təhsil alan xarici tələbələrin geri qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb.  

Eləcə də bax: Səfir: "Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik - İCAZƏ VERİLMİR"

FED.az xəbər verir ki, bu barədə “Report”a ÇXR-in Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan Ülkər Eldarqızı məlumat verib.

Xalq Respublikası yaz semestrindən əvvəl ölkələrinə dönən tələbələrinə rəsmi məktubla müraciət edib.

Azərbaycanlı magistr bildirib ki, təhsil aldığı universitet ona iki rəsmi məktub göndərib. Məktublar yaz semestrinin qeyri-müəyyən vaxta təxirə salındığı və Çinə gəlməmək ilə bağlı olub:

“Artıq ikinci məktubu da göndərdilər. Hər gün bizimlə əlaqə saxlayırlar. Bildirirlər ki, virusla bağlı yaz semestrinin nə vaxt başlayacağı məlum deyil. Yəni onlar deyənə kimi Çinə dönməməliyik”.

Tələbələrə göndərilən məktubda qeyd edilib ki, tələbələrdən kimsə vaxtından əvvəl dönərsə, cəzalandırılacaq.

Digər xəbərlər

Banner