Azərbaycanda stasionar təhsil təşkil olunacaq.
FED.az ONA-ya istinadən bildirir ki, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib.
Sənədin 13.26-cı bəndində göstərilib ki, Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.