Bu ilin ilk 10 ayında Azərbaycandan 66,9 milyon dollar həcmində 91,9 min ton xurma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,9 milyon dollar və ya 26,3%, miqdar ifadəsilə isə 17,4 min ton, başqa sözlə 23,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 52,9 milyon dollar dəyərində 74,5 min ton xurma ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 24 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 21 qəpik idi. Bu da illik müqayisədə 3 qəpik və ya 2,5% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,31%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,24%-i xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,23% olub.













