Sənubər Nəzərova “Veysəloğlu” Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasında - YENİ TƏYİNAT - DOSYE
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat verib.
O qeyd edib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq.
Xatırladaq ki, S. Nəzərova bu təyinatdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.