Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
Yaxın vaxtlarda Ermənistandan da Azərbaycana ixrac olacaq – Paşinyan
FED.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, detalları açıqlamayıb.
“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib. (Apa)













