OBA yeni əyləncəli layihəsi — “Qonşuda Ulduz Var” ilə Azərbaycan bölgələrinə yola çıxır.
FED.az xəbər verir ki, layihənin əsas ideyası sadədir: Xalqımızın sevdiyi ulduzlar təkcədə səhnədə və ya televiziyada deyil, elə qonşuluqdakı OBADA qarşınıza çıxa bilər.
“Qonşuda Ulduz Var” çərçivəsində OBA və ulduzlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yerli müştərilərlə görüşür, onlara gözlənilməz anlar yaşadır.
Layihənin ilk dayanacağı Tovuz olub. Burada “OBA-nın ulduzu” Həsrət Həsrətov Kassir kimi müştəriləri qarşılayıb. Həm əyləncəli, həm də gözlənilməz anlarla yadda qalıb. Bəziləri onun kim olduğunu dərhal müəyyənləşdirib, bəziləri isə… heç tanımayıb.
Növbəti dayanacaq və günün ulduzu isə 5 sentyabr tarixində açıqlacaq.
“Qonşuda Ulduz Var” yalnız əyləncə layihəsi deyil. Layihə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanları və gündəlik həyatın içində gizlənən maraqlı xarakterləri ekrana gətirməyi hədəfləyir.
Layihənin yeni buraxılışlarını OBA-nın sosial media hesablarında və YouTube kanalında izləmək mümkündür.













