Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 111,1 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 42,5 milyon ABŞ dolları və ya 62% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.










