Azərbaycan Rusiyadan idxal olunan meyvə şirəsi məhsul partiyasını tələblərə cavab vermədiyi üçün məhv edib.
«Lay’s» çipsləri ölüm riski yarada bilər – ABŞ hökumətindən - CİDDİ XƏBƏRDARLIQ
Bu barədə FED.az Azərbaycan Qita Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Belə ki, nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.