2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi idxalının dəyəri 11 milyard 423,4 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2025-ci ilin eyni dövründə idxal 15 milyard 52,7 milyon dollar olmuşdu. Beləliklə, bir il ərzində idxalın dəyəri 3 milyard 629,3 milyon dollar və ya 24,1% azalıb.
Ümumi idxalın təxminən dörddəbir azalması ayrı-ayrı mal qruplarının idxaldakı xüsusi çəkisini ciddi şəkildə dəyişib. Buna görə bəzi malların idxal dəyəri cüzi artsa belə, onların ümumi idxaldakı payında daha kəskin yüksəliş müşahidə olunur.
Yeyinti məhsullarının idxalı 1,8 milyard dolları keçib
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyard 828,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilib.
2025-ci ilin eyni dövründə yeyinti məhsullarının idxalı 1 milyard 666,3 milyon dollar təşkil etmişdi. İdxal dəyəri 162,6 milyon dollar və ya 9,8% artıb. Yeyinti məhsullarının ümumi idxaldakı payı 11,07%-dən 16,01%-ə yüksəlib.
Ümumi idxalın 24,1% azalmasına baxmayaraq, yeyinti məhsullarına çəkilən xərc artıb. Nəticədə ərzaq mallarının idxal strukturundakı çəkisi 4,94 faiz bəndi yüksəlib. Bu, idxal strukturunda ərzağın rolunun nəzərəçarpacaq dərəcədə artdığını göstərir.













