Oktyabrın 19-da, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə bundan əvvəl keçirilmiş yığıncaqda bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi, Bankın Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, aidiyyəti şəxslərlə bağlanılması nəzərdə tutulan müqavilə(lər)in təsdiq olunması, Mükafatlandırma Siyasətinin təsdiqlənməsi və digər məsələlər daxildir.













