Sentyabrın 18-də, saat 10:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiya edilməsi və digər məsələlər daxildir.
İclasda iştirakla bağlı dəvət bankın bütün səhmdarlarına, o cümlədən:
"Azpetrol Neft Şirkəti" MMC-yə, "NAB HOLDİNG ANONİM ŞİRKETİ"nə, İsayev Elçin Həmid oğluna və İsmayılov Hikmət Əbuzər oğluna göndərilib.















