2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 928 min dollar dəyərində 53 ton ipək ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İpək ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 911,8 min dollar və ya 2 dəfə, miqdar ifadəsilə 16 ton və ya 23% azalıb.
2023-cü ilin 10 ayında isə Azərbaycandan 1 milyon 839 min dollar dəyərində 69 ton ipək ixrac olunmuşdu.
1 kq ipəyin orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 29,68 manat təşkil edib ki, bu da illik müqayisədə 15,65 manat (34,5%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə ipəyin orta ixrac qiyməti 45,32 manata bərabər olub.