2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 20 milyon 504 min dollar dəyərində 48 min 345 ton kartof ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 426 min dollar və ya 34%, miqdar ifadəsilə 22 min 848 ton, başqa sözlə 32% azalıb.
2023-cü il də isə Azərbaycandan 30 milyon 930 min dollar dəyərində 71 min 192 ton kartof ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 72 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 74 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 2,4% azalma deməkdir.
Bu il ümumi ixracın 0.08%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,61%-i kartofun payına düşüb.