2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 14 milyon 493 min dollar dəyərində 34 min 318 ton kartof ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon 888 min dollar və ya 38%, miqdar ifadəsilə 18 min 521 ton və ya 35% azalıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 23 milyon 381 min dollar dəyərində 52 min 839 ton kartof ixrac olunmuşdu.
1 kq kartofun orta ixrac qiyməti 2024-cü ilin beş ayında 0,72 manata başa gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 manat (5%) azdır.
Ötən ilin eyni dövründə isə ixrac 0,75 manata başa gəlib.