2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 108,6 milyon dollar dəyərində 86 min ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17,1 milyon dollar və ya 19%, miqdar ifadəsilə 8 min ton və ya 10% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycandan 91,5 milyon dollar dəyərində 78 min ton pomidor ixrac olunmuşdu.
Bu il xaricə satılan pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,15 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,15 manat çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə pomidorun xaricə ixrac qiyməti 2 manat olmuşdu.