Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Hicaz 313” MMC müəssisəsinə OIC/SMIIC 1:2019 – “Halal Qidaya dair Ümumi Tələblər” standartı üzrə “HALAL” uyğunluq sertifikatı təqdim edilib.
FED.az xəbər verir ki, sözügedən müəssisə kolbasa və sosiska məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.
Sertifikatlaşdırma prosesi çərçivəsində müəssisənin halal qaydalara uyğunluğu, istehsalat sahəsi, texnoloji prosesləri, sanitar-gigiyenik normalara riayət olunması, xammalın mənşəyi, HACCP idarəetmə sistemi və məhsulun izlənilə bilməsi imkanları müvafiq beynəlxalq standartların tələbləri əsasında ətraflı şəkildə qiymətləndirilib və uyğunluq təsdiq olunub.
İndiyədək AQTİ tərəfindən "Siyəzən Broyler" ASC, "Səhliyalı" KM, "Chicken Pro." MMC və "Harun N" MMC müəssisələri də OIC/SMIIC 1:2019 standartı üzrə “HALAL” uyğunluq sertifikatı ilə təmin olunublar. Bu sertifikatların təqdim olunması, müəssisənin istehsal etdiyi məhsulların yalnız dini tələblərə deyil, eyni zamanda təhlükəsizlik, gigiyena və keyfiyyət sahəsində beynəlxalq norma və prinsiplərə uyğun olduğunu təsdiqləyir.