Balıq məhsullarının bahalaşması son dövrlər həm yerli, həm də qlobal bazarlarda diqqət mərkəzindədir.
Azərbaycanın xaricdən idxal etdiyi ət 17% bahalaşdı - YENİ QİYMƏT
FED.az xəbər verir ki, bu bahalaşmanın səbəbləri arasında iqlim dəyişikliyi, artan tələbat, balıq ehtiyatlarının azalması və nəqliyyat xərclərinin artması kimi bir çox faktor yer alır. Lakin, bəzi hallarda balıq qiymətlərində ucuzlaşma da müşahidə olunur. Bu ucuzlaşmanın səbəbləri arasında mövsümi bolluq, tədarük zəncirindəki təkmilləşdirmələr və idxal olunan balıqların sayının artması yer alır.
FED.az xəbər verir ki, 2024-cü ildə bir sıra balıq növlərinin qiyməti ucuzlaşıb. Belə ki, dondurulmuş stavrida, skumbriya, xek, və hisə verilmiş balıq (forel) qiymətləri ucuzlaşıb. Hisə verilmiş balıq (forel) 2023-cü ilin dekabr ayında idxal qiyməti 26,30 manat təşkil edirdisə keçən ay üçün bu göstərici 25,61 manat təşkil edib, qiymət təqribi 3% ucuzlaşıb.
Sözügedən balıq növünün idxal qiyməti maksimum dərəcədə ucuzlaşsada digər balıq qiymətlərinə nisbətdə, yerli qiyməti ən çox bahalaşan balıq olub. Yerli qiymət 13,80 manatdan 14,13 manata qədər yüksəlib.
Əvəzində bu dövrdə balıq konservləri bahalaşıb – bahalaşma ayrı-ayrı növlər üzrə 1-3% arasında dəyişir.
Digər balıq növləri və qiymətlər haqqında daha detallı məlumat aşağıdakı cədvəldə:
Məhsulun adı |
Dekabr 2023 (AZN) |
İyun 2024 (AZN) |
Artım / azalma rəqəmlə (AZN) |
Artım / azalma faizlə (%) |
|
Kütüm, sazan, Xəşəm |
orta |
9.30 |
9.30 |
- |
- |
yerli |
9.30 |
9.30 |
- |
- |
|
idxal |
- |
- |
- |
- |
|
Dondurulmuş stavrida, skumbriya, Xek |
orta |
8.28 |
8.25 |
-0.03 |
-0.31 |
yerli |
- |
- |
- |
- |
|
idxal |
8.28 |
8.25 |
-0.03 |
-0.31 |
|
Hisə verilmiş balıq (forel) |
orta |
16.81 |
16.46 |
-0.35 |
-2.09 |
yerli |
13.80 |
14.13 |
0.33 |
2.36 |
|
idxal |
26.30 |
25.61 |
-0.69 |
-2.62 |
|
Şprot balıq konservləri |
orta |
2.24 |
2.26 |
0.03 |
1.16 |
yerli |
- |
- |
- |
- |
|
idxal |
2.24 |
2.26 |
0.03 |
1.16 |
|
Sayra, sardina balıq konservləri |
orta |
1.89 |
1.94 |
0.05 |
2.68 |
yerli |
- |
- |
- |
- |
|
idxal |
1.89 |
1.94 |
0.05 |
2.68 |
|
Tomat sousunda balıq konservləri |
orta |
1.55 |
1.58 |
0.03 |
1.88 |
yerli |
1.41 |
1.45 |
0.04 |
2.80 |
|
idxal |
1.61 |
1.64 |
0.03 |
1.79 |