2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana 58 milyon 621 min dollar dəyərində 26 min 466 ton ət idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən il müqayisədə Azərbaycana ət idxalı dəyər ifadəsilə 18 milyon 172 min manat və ya 45% , miqdar ifadəsilə 5 min 70 ton və ya 24% artıb.
2023-cü ilin 6 ayında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilmişdi.
1 kq ətin orta hesabla idxal dəyəri 3,77 manat təşkil edib ki, bu da illik müqayisədə 55 qəpik (17,2%) çoxdur.
Ötən ilin eyni dövründə bu göstərici 3,21 manat idi idi.