Bu ilin ilk 10 ayında Azərbaycan Ukraynadan 23 milyon 162 min dollar dəyərində 5 min 125 ton iribuynuzlu mal əti idxal edib.
FED.az Dövlət Staistika Komitəsinə istinadən xəbər verir ki, Ukrayna Azərbaycanın ən böyük mal əti tədarükçüsü olmaqda davam etsə də, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsilə 1 milyon 869 min dollar və ya 7,5%, miqdar ifadəsilə isə 535 ton, başqa sözlə 9,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Ukraynadan 25 milyon 31 min dollar dəyərində 5 min 660 ton mal əti gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Ukraynadan idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 7,71 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 7,52 manat idi. Bu da illik müqayisədə 19 qəpik və ya 2,5% bahalaşma deməkdir.











