Bu ilin yanvar-iyul aylarında ixracda Azərbaycana ən çox gəlir gətirən meyvə və tərəvəzlərin adları məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracda əsas yeri pomidor tutub. Pomidor ixraxı 7 ay ərzində 139.5 milyon dollar valyuta gətirib. Rəqəmlərdən çıxan yekun nəticəyə görə pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,03 manat təşkil edib. Bu da əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 14 qəpik və ya 8% çoxdur.
Fındıq ixracından gəlirlər azalsa da ixrac malları arasında önəmli yer tutub 54,2 milyon dollar gəlir gətirib. Orta ixrac qiyməti 10,48 manat olub ki, bu da 2023-cü ilin 7 ayı ilə müqayisədə 2,02 manat və ya 24% çoxdur.
Şaftalı ixracından isə il ərzində 38,3 milyon dollar gəlir əldə edilib. Orta ixrac qiyməti isə 20 qəpik və ya 10% artaraq 2,11 manat təşkil edib.
Sraımsaq ən az gəlirli tərəvəz olsa da orta ixrac qiyməti 51 qəpik və ya 25% artaraq 2,55 manata yüksəlib .
Daha ətarflı aşağıdakı cədvəldə:
Məlumatlar 2023-2024-cü illərdə yanvar-iyul aylarına olan dövrü əks etdirir
S/n |
Meyvə /tərəvəz |
Miqdar ton (2023) |
Miqdar ton (2024) |
Məbləğ (min dollar) (2023) |
Məbləğ (min dollar) (2024) |
ixrac qiyməti (1 kq /AZN) (2023) |
ixrac qiyməti (1 kq /AZN) (2024) |
1. |
Pomidor |
111 871 |
116 935 |
124 167 |
139 524 |
1,89 |
2,03 |
2. |
Fındıq |
12 920 |
8 844 |
64 323 |
54 527 |
8,46 |
10,48 |
3. |
Şaftalı |
24 526 |
30 829 |
27 593 |
38 261 |
1,91 |
2,11 |
4. |
Xurma |
20 261 |
35 363 |
14 750 |
27 781 |
1,24 |
1,34 |
5. |
Çiyələk |
17 599 |
19 749 |
24 090 |
25 212 |
2,33 |
2,17 |
6. |
Gilas/albalı |
35 603 |
25 824 |
44 559 |
24 659 |
2,13 |
1,62 |
7. |
Alma |
37 593 |
35 426 |
24 321 |
23 567 |
1,10 |
1,13 |
8. |
Kartof |
71 070 |
48 234 |
31 005 |
20 471 |
0,74 |
0,72 |
9. |
Qarpız |
9 735 |
8 437 |
4 418 |
4 018 |
0,77 |
0,81 |
10. |
Nar |
6 208 |
3 651 |
8 081 |
3 263 |
2,21 |
1,52 |
11. |
Ərik |
4 437 |
2 070 |
4 588 |
2 434 |
1,76 |
2,00 |
12. |
Armud |
3 388 |
2 657 |
2 094 |
1 689 |
1,05 |
1,08 |
13. |
Xiyar |
1 981 |
1 281 |
2 664 |
1 219 |
2,29 |
1,62 |
14. |
Yerkökü |
3 013 |
2 358 |
1 464 |
1 045 |
0,83 |
0,75 |
15. |
Təzə üzüm |
895 |
764 |
902 |
724 |
1,71 |
1,61 |
16. |
Heyva |
471 |
309 |
464 |
326 |
1,68 |
1,79 |
17. |
Lobya |
226 |
211 |
259 |
258 |
1,94 |
2,08 |
18. |
Sarımsaq |
205 |
172 |
245 |
258 |
2,04 |
2,55 |