Bu ilin yanvar-mart aylarında Azərbaycan Kosta-Rikadan 880,1 min ABŞ dolları dəyərinə 807,4 ton ananas idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 241,8 ton və ya 23%, dəyər baxımından isə 42,3 min ABŞ dolları və ya 4,6% azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan həmin ölkədən 922,4 min ABŞ dolları dəyərində 1 049,2 ton ananas idxal edib.
Hesabat dövründə 1 kq ananasın orta idxal qiyməti 1,85 manata bərabər olub ki, bu da illik 0,36 manat və ya 24% çoxdur.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,49 manata bərabər olub.