Bu ilin yanvar-mart aylarında Azərbaycan Tunisdən 1 milyon 305 min ABŞ dolları dəyərinə 696,8 ton xurma idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 293 ton və ya 29,6%, dəyər baxımından isə 512 min ABŞ dolları və ya 28.2% azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan həmin ölkədən 1 milyon 817 min ABŞ dolları dəyərində 990 ton xurma idxal edib.
Hesabat dövründə 1 kq xurmanın orta idxal qiyməti 3,18 manata bərabər olub ki, bu da illik 0,06 manat və ya 2% çoxdur.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 3,12 manata bərabər olub.