2025-ci ildə Azərbaycan Çindən 371,4 min dollar dəyərində 306,6 ton ananas idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Çindən ananas idxalı ötən illə müqayisədə kəskin şəkildə çoxalıb. Artım dəyər ifadəsilə 352 min dollar (19,5 dəfə), miqdar ifadəsilə isə 302,7 ton (79 dəfə) təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Çindən cəmi 19 min dollar dəyərində 3,87 ton ananas idxal olunmuşdu.
Maraqlıdır ki, idxalın həcmi kəskin artsa da, məhsulun qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. Bu il Çindən gətirilən ananasın 1 kiloqramının orta idxal qiyməti 1,21 dollar (təxminən 2 manat 6 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 4,92 dollar (təxminən 8 manat 36 qəpik) idi. Bu da illik müqayisədə 3,71 dollar (6 manat 30 qəpik) və ya 75,4% ucuzlaşma deməkdir.












