2025-ci ildə Azərbaycana xaricdən ümumi dəyəri 4 milyon 26 min dollar olan 3 min 33 ton təzə və ya qurudulmuş ananas idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ananas idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 49 min dollar və ya 35,2%, miqdar ifadəsilə isə 141 ton, başqa sözlə 4,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyon 976 min dollar dəyərində 2 min 892 ton ananas gətirilmişdi.
Bu ilin nəticələrinə görə ölkəyə idxal olunan ananasın 1 kiloqramının orta idxal qiyməti 1,33 dollar (təxminən 2 manat 26 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,03 dollar (təxminən 1 manat 75 qəpik) idi. Bu da illik müqayisədə 0,30 dollar (51 qəpik) və ya 29,1% bahalaşma deməkdir.












