Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 5 milyon 705 min ABŞ dolları dəyərinə 1 829 ton pambıq toxumu idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 222 ton və ya 10,8%, dəyər baxımından isə 381 min ABŞ dolları və ya 6,3% azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan həmin ölkədən 6 milyon 86 min ABŞ dolları dəyərində 2 051 ton pambqı toxumu idxal edib.
Hesabat dövründə 1 kq pambıq toxumunun orta idxal qiyməti 5,30 manata bərabər olub ki, bu da illik 0,26 manat və ya 5,1% çoxdur.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 5,04 manata bərabər olub.