2023-cü ilin yanvar-oktyabr aylarında idxalı ən çox artmış və azalmış məhsulların adları açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 3,2 faiz, unlu qənnadı məmulatları – 12,7 faiz, şokolad və şokolad məhsulları – 12,6 faiz, mal əti – 93,3 faiz, təzə tərəvəz – 4,9 faiz, siqaretlər – 48,9 faiz, minik avtomobilləri – 33,8 faiz, dərman vasitələri – 2,4 faiz, polad prokatı – 52,5 faiz, qara metallardan borular – 78,1 faiz, hesablama maşınları, blok və qurğuları – 18,6 faiz, rezin şinlər – 23,9 faiz, yük avtomobilləri – 40,9 faiz, sintetik yuyucu vasitələr – 8,7 faiz, mebellər – 13,9 faiz, polietilen – 37,0 faiz, mineral gübrələr – 45,8 faiz, paltaryuyan maşınlar – 55,1 faiz, qara metallardan künclüklər – 23,2 faiz, polipropilen – 46,7 faiz, məişət soyuducuları – 64,2 faiz artmış, buğda idxalı isə 0,7 faiz, xam şəkər – 3,2 faiz, təzə meyvə – 4,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,8 faiz, çay – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 5,2 faiz, kartof – 16,3 faiz, məişət kondisionerləri – 4,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, avtobuslar – 74,2 faiz, sement – 32,2 faiz azalıb