2021-ci ilin ilk iki ayı üzrə dövlət büdcəsinin gəlirləri açıqlanıb.
Eləcə də bax: Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər 11 % azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral ayları ərzində cəmi 4 milyard 29.9 milyon manat həcmində büdcəyə vəsait daxil olub.
Bu vəsaitin də 2 milyard 19.9 milyon manatı (yaxud 50.1%-i) vergi, 2 milayrd 10 milyon manatı qeyri-vergi (49.9%-i) tərəfindən daxil olub.
Öncəki ildə vergidən daxilolmanın payı 57.34%, qeyri-vergidən isə 42.66% idi.