Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən 1 824,5 milyon manat gəlir əldə olunub.
Azərbaycanda taksi istifadəçilərinin sayı - 28% Artıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.
I rübdə hüquqi şəxslər əhaliyə 1 374,7 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ni təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 182,8 manatlıq və yaxud illik müqayisədə 18,7 manat az olmaqla müxtəlif ödənişli xidmətlərdən istifadə edib.(report)