Bu ilin oktyabr ayında Azərbaycanda uzun düyünün orta qiyməti 4,61 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu aylıq müqayisədə 2 (0,3%), illik müqayisədə 16 qəpik (3,5%) çoxdur.
Bundan başqa yerli uzun düyünün qiyməti 5,27 manat olub. Yerli uzun düyünün qiyməti son bir ayda 5 qəpik (0,9%). son bir ildə isə 22 qəpik (4,3%) bahalaşıb
İdxal olunan uzunun düyünün qiyməti isə 4,06 manat olub ki, bu aylıq müqayisədə 1 qəpik (0,2%), illik müqayisədə 13 qəpik (3,2%) çoxdur.
Məlumat üçün qeyd edək ki, uzun düyün orta qiyməti sentyabr ayında 4,59 manat, ötən ilin eyni dövründə 4,45 manat, yerli uzun düyünün qiyməti sentyabrda 5,22 manat, bir il əvvəl 5,05 manat, xaricdən idxal olunan düyünün qiyməti isə sentyabrda 4,05 manat, ötən ilin müvafiq dövründə isə 3,93 manat olub.