2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 439,7 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağının istehsalı 1 691,5 ton və ya 8,2% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 20 742,8 ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 109,3 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 1 ton və ya 0,9% azalıb.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 110,3 ton təşkil edib.