2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 0,6 milyon ədəd tibbi maska istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 0,4 milyon ədəd və ya 3 dəfə artıb.
2024-cü ilin yanvar-fevral aylarında bu göstərici 0,2 milyon ədəd təşkil edib.
1 mart 2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5,8 milyon ədəd olub.
Hazır məhsul ehtiyatı da əvvəlki illə müqayisədə 0,3 milyon ədəd, yəni 5,5% çoxdur.
1 mart 2023-cü il vəziyyətində ölkədə 5,5 milyon ədəd hazır maska ehtiyatı olub.