2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 1865,2 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1410,4 milyon manatlıq xidmət göstəriib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.
2024-cü ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.