Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana gələnlərin 531 min 330 nəfərinin səfər müddəti 1-3 gecə olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu müddət ərzində səfər edənlərin sayı illik müqayisədə 195 min 447 nəfər, başqa sözlə 58,2% artıb.
Keçən ilin eyni dövründə səfər müddəti 1-3 gecəlik olan şəxslərin sayı 335 min 883 nəfər idi.
Bundan əlavə gecələmədən birgünlük gələnlərin sayı 26 min 9 nəfər, 4-7 gecəlik gələnlərin sayı 359 min 857 nəfər, 8-14 gecələyənlərin sayı 173 min 647 nəfər, 15-21 gecəlik gecələyənlərin sayı 37 min 769 nəfər, 22-28 gecəlik gələnlərin sayı 26 min 943 nəfər, 29-70 gecəlik gələnlərin sayı 8 min 332 nəfər, 71-90 gecəlik gələnlərin sayı 5 min 260 nəfər olub.
Gecələmədən birgünlük gələnlərin sayı 3,2 dəfə azalıb, 4-7 gecəlik gələnlərin sayı 35,7%, 8-14 gecələyənlərin sayı 24,4%, 15-21 gecələyənlərin sayı 5,3%, 22-28 gecəlik gələnlərin sayı 43,1%, 29-70 gecəlik gələnlərin sayı 77%, 71-90 gecəlik gələnlərin sayı 84% artıb.
Keçən ilin eyni dövründə gecələmədən birgünlük gələnlərin sayı 83 min 187 nəfər, 4-7 gecəlik gələnlərin sayı 265 min 263 nəfər, 8-14 gecələyənlərin sayı 139 min 617 nəfər, 15-21 gecəlik gələnlərin sayı 35 min 863 nəfər, 22-28 gecəlik gələnlərin sayı 18 min 833 nəfər, 29-70 gecəlik gələnlərin sayı 4 min 707 nəfər, 71-90 gecə gələnlərin sayı 2 min 859 nəfər olub.