Yaponiyada aparılmış siyahıyaalmaya əsasən, ölkədə 1920-ci ildən bəri ilk dəfə əhalinin sayının azalması faktı qeydə alınıb.
Yaponiya KİV-ində bildirilir ki, bunu Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin araşdırmalarının nəticələri göstərir.
Qeyd edilib ki, hər beş ildən bir aparılan araşdırmaya görə, Yaponiyanın əhalisinin sayı 2015-ci ildə 127 milyon nəfəri ötüb və bu rəqəm 2010-cu ildə qeydə alınmış göstəricidən 0,8% azdır.
Yaponiyada yaşı 65 və daha çox olanların sayı 2015-ci ildə 33,42 milyon nəfər təşkil edib. Bu isə əhalinin 26,7%-i deməkdir.
Qeyd edək ki, Yaponiya ərazisində 1 milyon 750 min əcnəbi vətəndaş yaşayır.