Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ictimaiyyət nümayəndələrinə, o cümlədən deputatlara müraciət edib.
APA-nın məlumatına görə, Milli Məclisdə beynəlxalq cinayətlərlə bağlı qanunun təqdimatı zamanı X. Vəliyev Hərbi Prokurorluqda Memorial Soyqırımı Muzeyinin olduğunu deyərək, hər kəsi muzeyi ziyarət etməyə dıvıt edib.
O bildirib ki,muzeydə Azərbaycana qarşı törədilən soyqırımları haqqında bütün məlumatlar var: “Çox yaxşı olardı ki ora gələrdiniz. Mən arzu edirəm sizi gələcəkdə başqa yerlərə dəvət edim, amma indiki halda Soyqırımı Muzeyi ilə tanışlığınız vacibdir”.