Türkiyədə 2024-cü il üçün xalis minimum əmək haqqı 49% artırılaraq 17 min 2 Türk Lirəsi (TL) (cari məzənnə ilə 986 manat) müəyyən edilib.
Azərbaycanda gələn il də minimum əməkhaqqı - 345 MANAT OLACAQ
FED.az xəbər verir ki, bu barədə Türkiyənən Əmək və sosial müdafiə naziri Vedat İşıkhan məlumat açıqlayıb.
"Türk-İş"in rəhbəri Ergün Atalay bildirib ki, hökumətdən tələbləri 18 min TL olub. O qeyd edib ki, inflyasiya dayanmayınca işçilərin ildə bir dəfə tələbləri yerinə yetirilə bilməz.
2024-cü il üçün ümumi minimum əmək haqqı isə 20 min 2 TL-dir. İşəgötürənə xərci isə 23 min 502 TL (1363 manat) təşkil edəcək. Sosial müdafiə haqqında işçinin payı 2 min 800 TL, işəgötürənin payı 3 min 100 TL olacaq. Bundan başqa minimum əmək haqqından işçi və işəgötürən tərəfindən 600 TL sığorta haqqı ödəniləcək. (Marja)