Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq hərəkət iştirakçıların və sərnişinlərimizin maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
FED.az-ın xəbərinə görə, BNA bu çərçivədə hazırlanan növbəti videoçarxını təqdim edib.
Videoçarx bu gün sürücülərin əksəriyyətini narahat edən aktual problemə həsr edilib. Belə ki, bir çox sürücülər avtomagistrallarda sürətlərini hərəkət zolağına uyğun tənzimləmirlər ki, bu da əksər hallarda qəzaya səbəb olur. Təqdim olunan videoçarxda da sürücülərimizə sürətlərini hərəkət etdikləri zolağa uyğun tənzimləmələri tövsiyə edilir.