Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen vizalarının vahid formatını tənzimləyən reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
FED.az Report-a istinadən xəbər verir ki, Aİ Şurasının mətbuat xidmətinin məlumatında, artıq 20 ildir ki, dövriyyədə olan cari viza ştampının saxtakarlıq və fırıldaqçılıq səbəbi ilə ciddi risk altına düşdüyü bildirilir.
Sənəddə deyilir ki, yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən çox güman iyulun əvvəlində qəbul ediləcək və bundan sonra Aİ-nin "Rəsmi jurnalında" dərc olunacaq.