Son illər aqrar sektorda aparılan islahatlar kənd təsərrüfatı rayonu olan Şamaxıda da əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon Statistika İdarəsindən bildirilib ki, təkcə cari ilin birinci yarısında bölgədə 1991 yeni, daimi iş yeri açılıb. Açılan iş yerlərinin 1860-ı fiziki şəxslər tərəfindən, 120-si fəaliyyətdə olan müəssisə və təşkilatlarda, 14-ü isə yeni açılan obyektlərdə yaradılıb.
Ümumiyyətlə, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı, həyata keçirilən irihəcmli layihələr Şamaxıda da əhalinin məşğulluğuna şərait yaradır. Təsadüfi deyil ki, 2003-cü ildən bəri rayonda 15 min 439 daimi iş yeri açılıb.
Azertag©