İyunun 23-də İqtisadiyyat naziri Şahin Mustafayev Qaxda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən FED.az-a bildirilib ki, vətəndaşların qəbulu saat 12:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: N.Nərimanov prospekti, 4) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (024) 244-27-11, (050) 391-75-72, e-poçt: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Sabah Şahin Mustafayev vətəndaşları qəbul edəcək
15:25
22 İyun 2017