Hazırda 10 min turist Türkiyə kurort məzkəzlərində istirahət edir. Bu barədə Fins.az Rusiya “Turopartorlar Assosasiyasına” istinadən məlumat verir. Assosasiyadan verilən məlumata görə, Ankarada Rusiya səfirinin ölümündən sonra rusiyalı turistlər bu ölkəyə səfərlərini təxirə salmayıblar. Həmçinin Türkiyədə olan rusiyalı turistlər də Rusiyaya qayıtmağa tələsmirlər deyə Assosasiyanın məlumatında deyilir.
Bu arada Rusiyanın “Federal Turizm” agentliyi hazırda Türkiyədə olan rusiyalı turistlərin izdiham olan yerlərdən çəkinməyə və otel ərazisni tərk etməməyə çağırıb.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada fotosərgidə güllələnərək qətlə yetirilib. Bu arada Türkiyədə bir-birinin ardınca baş verən terror hadisələridə rusiyalı turistlərin bu ölkəyə olan sevgisinin qarşısını ala bilməyib.
fins.az©