Rusiya prezidenti Vladimir Putin ölkədəki bütün pensiyaçılara 10 min rubl birdəfəlik ödəniş edilməsi barədə tapşırıq verib.
Eləcə də bax: Rusiyada vergi əməkdaşı vətəndaşların - VERGİSİNİ CİBİNDƏN ÖDƏYİRMİŞ
FED.az xəbər verir ki, «Vahid Rusiya» partiyasının nümaynədələri ilə görüşdə Putin bildirib ki, pensiyaçılar üçün min rubl (13 dollar) əlavə çox azdır və inflyasiya bu məbləği yeyir: «Ona görə də pensiyaçılara 10 min rubl ödəmək lazımdır».
Ödəniş bütün pensiyaçılara – işləyənlərə və işləməyənlərə ediləcək.