Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı şəhərində aprelin 7-nə nəzərdə tutulan qəbulunun vaxtı 14.04.2017-ci il tarixinə dəyişdirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, aprelin 14-də saat 12:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Masallı rayonunda - 025 2153004;
Lənkəran rayonunda - 025 2554527;
Astara rayonunda - 025 2254242;
Lerik rayonunda - 025 2746088;
Yardımlı rayonunda - 025 2061055 nömrəli telefonlara zəng etmələri xahiş olunur.