Fed.az saytının Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə Nazirlik itirilmiş sənədlərlə bağlı yeni layihəyə başlamağı planlaşdırır.
Layihəyə əsasən vətəndaşlar tapdıqları sənədləri ölkənin istənilən poçt şöbəsinə təqdim edə bilər. Sənədlərin tapıldığı təqdirdə onları itirən şəxslər poçt şöbəsinə müraciət edərək ora gəlib öz sənədlərini apara bilər.
Hazırda layihənin həyata keçirilməsi üçün zəruri işlər aparılır.
İctimaiyyət yaxın zamanlarda yeni xidmət barədə məlumatlandırılacaqdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni layihəyə başlayır
12:33
4 Noy 2016