Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Fətvada qeyd edilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.
Qurban bayramı ilə əlaqədar Azərbaycanda iki gün - sentyabrın 1-i və 2-si qeyri-iş günü elan edilib.