2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığına cəlb edilib.
Azərbaycanda 60 min boş iş yeri varmış – RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 18 min vətəndaşın 11 mindən çoxu qadındır.
"Peşə hazırlığı iş axtaran və işsiz şəxslərin bilik, bacarıqlarının artırılması fərqli peşələrə yönləndirilməsi və kurslara göndərilməsi ilə əmək bazarına hazırlanmasıdır. Peşə hazırlığında 175 prioritet peşə əsas görürlüb. Peşə hazırlığı 2 formada həyata keçirilir. Birinci məşğulluq agentliyinin hesabında olan 4 peşə hazırlığı mərkəzi vasitəsilə və əməkdaşlıq etdiyimiz 180-dan çox mərkəzlə vasitəsilə", - deyə sədr əlavə edib.










