Keçən il Azərbaycanda 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb.
Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.