Sabah Bakının bəzi yerlərində su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən verilən məlumata görə, Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar sabah saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.