Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri davam etdirilir. Bu günə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib.
Nazirlikdən verilən məlumata görə, Tərtər rayonu üzrə 18 nəfər, Laçın rayonu üzrə 12 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, Ağcabədi rayonu üzrə 15 nəfər, Beyləqan rayonu 14 nəfər, Xocavənd rayonu üzrə 10 nəfər, Bərdə rayonu üzrə 21 nəfər, Qəbələ rayonu üzrə 14 nəfər, Ağdam rayonu üzrə 32 nəfər, İsmayıllı rayonu üzrə 13 nəfər, Göyçay rayonu üzrə 11 nəfər, Ağsu rayonu üzrə 5 nəfər aktivlərlə təmin olunub. Həmçinin Yevlax rayonu üzrə 15 nəfərin, Füzuli rayonu üzrə 20 nəfərin Cəbrayıl rayonu üzrə 12 nəfərin, Saatlı rayonu üzrə 8 nəfərin, Biləsuvar rayonu üzrə 9 nəfərin, Şirvan şəhəri üzrə 12 nəfərin, Lerik rayonu üzrə 7 nəfərin, Yardımlı rayonu üzrə 5 nəfərin, Neftçala rayonu üzrə 8 nəfərin ailə bizneslərini qurmaları üçün mal və materiallarla təminatı həyata keçirilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin mal və materialların alınıb verilməsi işlərini davam etdirir. Yaxın bir neçə gündə daha 120 nəfərdən çox şəxsə mal və materiallar təqdim olunacaq. Ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə bizneslərini qurmalarına imkan yaradacaq proqramın icrası işlərinin yaxın aylar ərzində tam başa çatdırılması planlaşdırılır.
Özünüməşğulluq proqramına cəlb olunanlar 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardır. Onlardan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların biznes-planlarının qiymətləndirilməsi zamanı həmin biznes-planlardan 80 faizi müsbət dəyərləndirilib. Uğurlu biznes-planların reallaşdırılması yolu ilə qeyd olunan şəxslərin ailə təsərrüfatlarını qurmaları, beləliklə, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması üçün onların mal və materiallarla təminatı həyata keçirilir.
Nazirlik bu günədək 269 nəfər işsiz və işaxtaran şəxsi aktivlərlə təmin edib
15:49
27 Mart 2017