Ədliyyə naziri Fikrət Məmmədov avqustun 25-də Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək.
Nazirlikdən verilən məlumata görə, qəbul Zaqatala şəhəri Car küçəsi 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.